Azərbaycan, Bakı, 8 aprel /Trend/
Azərbaycanda dolların rəsmi məzənnəsi 0,2% bahalaşaraq 1,0517 manat səviyyəsindədir.
Trend-in məlumatına görə, ölkəmizdə dolların rəsmi məzənnəsi 1,0517 (1.0496) manat səviyyəsində müəyyən edilib.
Avronun məzənnəsinə gəlincə, manata nəzərən avronun vahid valyutası ucuzlaşaraq 1,1399 (1.1482) manat olub.