...

Bakıda 2 nəfər sürücülük hüququndan məhrum edilməklə həbs edilib

Cəmiyyət Materials 9 Aprel 2015 12:31 (UTC +04:00)
Avtoxuliqanlıq hərəkətləri etdiyinə görə 2 sürücü saxlanılıb.
Bakıda 2 nəfər sürücülük hüququndan məhrum edilməklə həbs edilib

Azərbaycan, Bakı, 9 aprel /Trend, müxbir İlkin İzzət/

Avtoxuliqanlıq hərəkətləri etdiyinə görə 2 sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 21-də Nazim Cəfərov idarə etdiyi "Ford" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, barəsində toplanmış material Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin 28.03.15-ci il tarixli qərarına əsasən N.Cəfərov İnzibati Xətalar Məcəlləsinin (İXM) 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 500 manat cərimə inzibati tənbeh növü tətbiq edilib.

Martın 20-də Rövşən Rəşidov idarə etdiyi "Tofaş" markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etdiyinə görə Yol Patrul Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb, barəsində toplanmış material Səbail rayon məhkəməsinə göndərilib. Məhkəmənin 21.03.15-ci il tarixli qərarına əsasən R.Rəşidov İXM-nin 296-1.1 maddəsi ilə təqsirli bilinərək 1 il müddətində nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib və barəsində 1 ay həbs inzibati tənbeh növü tətbiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti