...

Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçiriləcək

Cəmiyyət Materials 27 Aprel 2015 17:48 (UTC +04:00)
28 aprel 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin qüvvə və vasitələri cəlb olunmaqla Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçiriləcək.
Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçiriləcək

Azərbaycan, Bakı, 27 aprel /Trend/

28 aprel 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyi və "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin qüvvə və vasitələri cəlb olunmaqla Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın-taktiki təlim keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, təlimin keçirilməsində əsas məqsəd aeroport ərazisində təhlükəsizliyin qorunması üçün aidiyyəti qurumların qarşılıqlı fəaliyyətinin gücləndirilməsi, mümkün fövqəladə halların, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması üçün şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti