...

Azərbaycan alimləri Pirquluda istirahət edə biləcəklər

Cəmiyyət Materials 29 Aprel 2015 12:05 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxının Pirqulu qəsəbəsində alimlər üçün istirahət zonasının yaradılması üçün yerın ayrılmasını nəzərdə tutur.
Azərbaycan alimləri Pirquluda istirahət edə biləcəklər

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxının Pirqulu qəsəbəsində alimlər üçün istirahət zonasının yaradılması üçün yerın ayrılmasını nəzərdə tutur. Trend-in məlumatına görə, bunu AMEA-nın ümumi yığıncağında çıxış edən AMEA prezidenti, akademik Akif Əlizadə deyib.

Akademiya prezidenti qeyd edib ki, artıq dövlətin rəhbərliyi ilə alimlər üçün "Akademiya şəhərçiyi"nin tikilməsi barədə razılıq əldə edilib: "Güman edirəm ki, bu iş müsbət şəkildə yekunlaşacaq".

A.Әlizadə qeyd edib ki, artıq AMEA modernləşdirilmə siyasətinə qədəm qoyub: "Bu siyasət bu il ərzində də davam etdiriləcək, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da modernləşdirilmə əsas istiqamətlərdən biridir.

Akademiyada magistratura təhsilinin yaradılmasının elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyətlərdən biri olduğunu deyən AMEA prezidenti bu işin məhz 2014-cü ildə bilavasitə ölkə rəhbərliyinin dəstəyilə reallaşdırıldığını diqqətə çatdırıb. A.Әlizadə qeyd edib ki, artıq bu il 7 ixtisas üzrə AMEA-da magistratura təhsilinə start veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti