Azərbaycan, Bakı, 30 aprel /Trend/
Bu gün Bakı "Expo" Mərkəzində Beynəlxalq Mebel, Ev Parçaları və Ev Əşyaları sərgisi açılıb.
Trend-in məlumatına görə, Azərbaycanda ilk dəfə keçirilən dizayn və mebel sektorunda ən müasir dekor nümunələri sərgisi mayın 2-dək davam edəcək.
Sərgiyə bir sıra dövlət şirkətləri və strukturları öz dəstəyini verib.
Sərgidə Türkiyə, Azərbaycan, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri və Koreya olmaqla 7 müxtəlif ölkədən 70-dən artıq şirkət iştirak edir.