...

Sabah bağlanmaq növbəsi çatacaq yollar (SİYAHI)

Cəmiyyət Materials 6 May 2015 18:26 (UTC +04:00)
Sabah da Azərbaycanın bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Sabah bağlanmaq növbəsi çatacaq yollar (SİYAHI)

Azərbaycan, Bakı, 6 may /Trend/

Sabah da Azərbaycanın bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə bildiriblər ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı, Sumqayıt və Mingəçevir şəhərləri, Abşeron, Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Ağdaş, Yevlax, Oğuz, Şəki rayonlarının ərazisindən keçməklə, 5 mərhələdən ibarət olan "Tour d'Azerbaidjan" beynəlxalq velosiped turunun 2-ci mərhələsinin keçirilməsi ilə əlaqədar 07.05.2015-ci il tarixdə aşağıdakı küçə və yollarda qeyd olunan müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq:

Bakı şəhərində:

Salyan şossesi, veloparkdan Lökbatan dairəsinədək (bir istiqamətdə) saat 10:15-dən 10:40-dək,

Bakı-Ələt yolunda:

Bakı-Ələt yolunun 14-cü km-dən Bakı Kənarkeçmə yolunun Bakı-Sumqayıt yolunun kəsişməsinədək (Biləcəri qəsəbəsi istiqamətində) saat 10:40-dan 10:55-dək,

Bakı-Şamaxı yolunda:

Bakı-Şamaxı yolunun 9-cu km-dən 12-ci km-dək (Şamaxı istiqamətdə) saat 10:50-dən 11:05-dək,

Bakı-Şamaxı yolunun 12-ci km-dən 25-ci km-dək (hər iki istiqamətdə) saat 11:00-dan 11:20-dək,

Bakı-Şamaxı yolunun 25-ci km-dən 90-cı km-dək (hər iki istiqamətdə) saat 11:15-dən 13:00-dək,

Bakı-Şamaxı yolunun 90-cı km-dən 125-ci km-dək (hər iki istiqamətdə) saat 13:00-dan 13:45-dək,

Bakı-Şamaxı yolunun 125-ci km-dən 141-ci km-dək (hər iki istiqamətdə) saat 13:40-dan 14:00-dək,

Muğanlı-İsmayıllı yolunun 1-ci km-dən 20-ci km-dək (hər iki istiqamətdə) saat 13:50-dən 14:20-dək,

Muğanlı-İsmayıllı yolunun 20-ci km-dən 40-cı km-dək (hər iki istiqamətdə) saat 14:15-dən 15:40-dək,

İsmayıllı rayon mərkəzində: saat 15:00-dan 15:40-dək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti