...

Korrupsiyaya qarşı mübarizədə ən yüksək bal alan dövlət qurumu

Cəmiyyət Materials 7 May 2015 17:23 (UTC +04:00)
Korrupsiyaya qarşı mübarizədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti ən yüksək balla qiymətləndirilib.
Korrupsiyaya qarşı mübarizədə ən yüksək bal alan dövlət qurumu

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İlkin İzzət/

Korrupsiyaya qarşı mübarizədə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın fəaliyyəti ən yüksək balla qiymətləndirilib.

Komissiyadan Trend-ə verilən məlumata görə, "Şəffaflıq Azərbaycan" Korrupsiyaya Qarşı Mübarizə İctimai Birliyinin həyata keçirdiyi Azərbaycan Şəffaflıq Tərəfdaşlığı layihəsi çərçivəsində "Konstitusiya" Araşdırmalar Fondu tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın monitorinqi həyata keçirilib.

Monitorinqin nəticələri əsasında "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası üzrə hesabat hazırlanıb. Hesabatda "Milli Fəaliyyət Planı" ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına və digər aidiyyəti orqanlara tapşırılmış tədbirlərin icra vəziyyətinin qiymətləndirilməsi aparılıb və həmin tədbirlərin icra vəziyyəti faizlə göstərilib.

Hesabatda "Milli Fəaliyyət Planı" ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya tapşırılmış tədbirlərin icra vəziyyəti ən yüksək balla qiymətləndirilib. Dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi mexanizmlərinin təkmilləşdirilməsi və dövlət qulluqçularının fəaliyyətini qiymətləndirmə qaydalarının qəbul edilməsi üzrə tədbirin icra vəziyyəti 94,43%, etik davranış qaydalarının pozulması ilə bağlı daxil olmuş şikayətlərin effektiv araşdırılması mexanizmlərinin müəyyən edilməsi, dövlət qulluqçuları üçün etik davranış məsələləri üzrə mütəmadi tədris kursları və treninqlərin təşkil edilməsi, dövlət orqanlarının internet saytlarında etik məsələlər üzrə xüsusi bölmənin yaradılması üzrə 90%, dövlət qulluğuna dair qanunvericiliyin və institusional mexanizmlərin təkmilləşdirilməsi, o cümlədən dövlət qulluğuna dair qanunvericiliyin məcəllələşdirilməsi üzrə layihənin hazırlanması üzrə 88,89% müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti