...

Anar Yusifoğluna İTV-də yeni vəzifə verildi

Cəmiyyət Materials 8 May 2015 16:56 (UTC +04:00)
Tanınmış jurnalist Anar Yusifoğluna çalışdığı İctimai Televiziyada (İTV) vəzifə verilib.
Anar Yusifoğluna İTV-də yeni vəzifə verildi

Azərbaycan, Bakı, 8 may /Trend/

Tanınmış jurnalist Anar Yusifoğluna çalışdığı İctimai Televiziyada (İTV) vəzifə verilib.

Trend-in məlumata görə, o, televiziyanın İctimai-siyasi proqramlar departamentinin direktoru təyin olunub.

A.Yusifoğlu Trend-ə açıqlamasında İTV-nin İctimai-siyasi proqramlar departamentinin direktoru vəzifəsinə təyin oldunduğunu təsdiqləyib.

Qeyd edək ki, A.Yusifoğlu İTV yaranandan orada çalışıb, televiziyanın qurulmasında yaxından iştirak edib.

Lakin televiziya rəhbərliyi dəyişəndən sonra o, İTV-nin Analitik proqramlar departamentinin direktoru vəzifəsindən öz ərizəsi ilə işdən azad edilmişdi.

Bu il yanvarın 6-da isə yenidən İTV-yə qayıdıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti