...

Bu uşaq sizə savab qazandıracaq (FOTO)

Cəmiyyət Materials 9 May 2015 12:15 (UTC +04:00)
Şəkildə gördüyünüz bu uşağa edəcəyiniz kömək sizə savab qazandıracaq.
Bu uşaq sizə savab qazandıracaq (FOTO)

Azərbaycan, Bakı, 9 may /Trend/

Şəkildə gördüyünüz bu uşağa edəcəyiniz kömək sizə savab qazandıracaq.

Trend xəbər verir ki, hazırda 9 yaşı olan Şəhriyar Natiq oğlu Kərimov 2011-ci ilin avqustundan sümük iliyinin parçalanması, niman-pik diaqnozu ilə ağır xəstədir.

Həkimlərin dediyinə görə, təcili müalicə olunmalı, sümük iliyi nəql edilməldir. Əgər təcili müalicə olunmazsa, xəstəliyi olduqca ağır fəsadlar verə bilər. Hazırda uşağın dalağı şişərək, öz yaşından 4 dəfə böyük insanın dalağının ölçüsünə çatıb. Böyrəyi, qaraciyəri olduqca ağır vəziyyətdədir.

Ailəsi xahiş edir ki, Şəhriyar balaya yardım edəsiniz. 1 illik müayinə və müalicə, ilik nəqli birlikdə 250.000 AZN tələb edir. Kömək etmək istəyənlər "MilliÖN" aparatlarından "Bank Standart"ı seçib (kod 324756, doğum tarixi 1983.12.02 debeti) ödəniş edə bilərlər.

Əlaqə nömrəsi: +99451 960 78 93

Məqalədə:
Xəbər lenti

Xəbər lenti