...

"Gənclərin Media Günləri" layihəsi çərçivəsində təlim keçirilib (FOTO)

Cəmiyyət Materials 14 May 2015 15:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 may /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və "Abşeron" Gənclərin İnkişafı İctimai Birliyinin təşkilatçılığlı ilə 13 may 2015-ci il tarixində Beynəlxalq Mətbuat Mərkəzində "Gənclərin Media Günləri" adlı layihə çərçivəsində təlim keçirilmişdir.

Gənclərin media sahəsində bilik və bacarılqarının artırılması, onların məlumat mənbələrindən düzgün və səmərəli istifadə etməsi və bu sahədə olan yeniliklər haqqında məlumatlandırılması məqsədi ilə təşkil olunan təlimdə 25 nəfər gənc iştirak etmişdir.

Təlimçi-ekspert İlhamiyyə Rzayevanın qeyd etdiyi kimi, 20-ci əsrin sonu, 21-ci əsrin əvvəlində özündə çoxsaylı informasiya vasitələrini və modifikasiyalarını cəmləşdirən infosfera adlı bir gerçəklik təzahür etdi: "İnternetin gəlişməsi, rəqəmsal həyat tərzinə keçid bu infosferanı daha da gücləndirdi. Belə ki, durmadan artan informasiya kütləsini idarə etmək mümkünsüz görünəcək qədər çətinləşdi. Belə bir durumda, gerçəkliyi təhrif edən mediaviruslarının yaranmasını proqnozlaşdırmaq olardı. Nədir mediaviruslar? Marketinq aləti, ya siyasi texnologiya? Bütün viruslar kimi, media viruslarının da ziyanlı və xeyrili tərəfləri varmı? Sosial şəbəkə istifadəçiləri mütləq onunla nə zamansa üzləşəcək. Bu yeni media texnologiyasının əlində alətə çevrilməmək üçün onu mütləq tanımaq gərəkdir. Beləliklə, müasir insan mediavirsulara qarşı immunitet əldə etməlidir. Bununsa tək bir yolu, onlar haqda kifayət qədər məlumatlı olmaqdır".

Beləliklə, "Mediaviruslar" mövzusunda keçirilmiş təlimlər nəticəsində gənclər mediavirusların növləri, istifadə üsulları, nümunələri və onların xeyirli və zəzrəli tərəfləri haqqında geniş məlumatlandırıldılar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti