...

Təhsil Nazirliyi: Azərbaycanda əhali arasında gimnastika idman növünə çox böyük maraq var

Cəmiyyət Materials 19 May 2015 14:14 (UTC +04:00)
Bu gün Azərbaycanda əhali arasında gimnastika idman növünə çox böyük maraq var.
Təhsil Nazirliyi: Azərbaycanda əhali arasında gimnastika idman növünə çox böyük maraq var

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Azərbaycanda əhali arasında gimnastika idman növünə çox böyük maraq var. Bunu Trend-ə Təhsil Nazirliyi məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir müavini və idman sektorunun müdiri Vasif Məmmədov deyib.

Bu gün Bakı Gimnastika Məktəbində keçirilən bədii gimnastika üzrə festival yarışlarının böyük marağa səbəb olduğunu deyən V.Məmmədov bildirib ki, il ərzində, hətta tətillər zamanı da gimnastika məktəblərinə uşaq axını davam edir: "Valideynlər çox maraqlıdırlar. Gördüyünüz kimi valideynlərin marağı böyükdür və bu gün zal tamamilə dolub. Biz də inanırıq ki, belə yarışların təşkili gənc nəslə Avropa Oyunlarının ab-havasını hiss etməyə imkan yaradacaq. Eyni zamanda, əsas məqsədimiz olan gənc nəslin sağlam böyüməsi, idmana marağının artırılmasına imkan verəcək".

Qeyd edək ki, bu gün Bakı Gimnastika Məktəbində Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin təbliğinə həsr olunmuş Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən kütləvi idman tədbirləri çərçivəsində bədii gimnastika üzrə festival yarışları keçirilib. Festivalda Gimnastika Məktəbinin gimnastları iştirak edib.

Yarışda qaliblər müəyyən edilməyib. Çünki yarış festivalı sadəcə təbliğat xarakteri daşıyıb. Gimnastlar çıxışlarında bədii gimnastikanın müxtəlif növlərini nümayiş etdiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti