Problemli kreditlər: Ağ yalanlar və real rəqəmlər...

Problemli kreditlər: Ağ yalanlar və real rəqəmlər...

"Ekonomiks" Beynəlxalq İqisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov

Problemli kreditlər həmişə olub, bu gün də var, sabah da olacaq... Son günlər mətbuatın aktual mövzularından birinə çevrilmiş mövzu ətrafında "əli qələm" tutan hər kəs yazır... Yazsınlar, kim nə deyir ki, ancaq mövcud reallıqları şişirdib onlardan siyasi oyunbazlıq etmək üçün istifadə etməsinlər... Belə olanda yazılan mövzunun mahiyyəti bir kənara atılır, ortada ancaq diqqəti cəlb edə biləcək pafoslu fikirlər qalır.

Təcrübə göstərir ki, özünü cəmiyyətə iqtisadçı qismində təqdim edən, əslində bu sahədən tamamilə uzaq olan adamlarda yalan danışmaq, əsassız iddialar irəli sürmək və havadan rəqəmlər uydurub ictimaiyyətə təqdim etmək artıq vərdiş halını alıb. Bundan əvvəlki yazılarımızda belə adamların "təhlillərini" ifşa etsək də, bundan nəticə çıxardıqlarını hələ ki, müşahidə etmirik. Qəribə qaydadır: - Danışdığın yalan konkret faktlarla ifşa oluna və sən buna görə cavab vermək əvəzinə, yalanlarını davam etdirəsən. Özü də bu adamlar danışdıqları yalanlarla sosial şəbəkələrin qəhrəmanlarına çevriliblər. Havadan götürülmüş bir rəqəm səsləndirirlər, iqtisadiyyatdan, maliyyə sistemindən, mühasibatlıqdan təsəvvürü olmayan insanlar da başlayırlar onlara tərif yağdırmağa. Güya ki, bu adamlar böyük cəsarət göstərib heç kəsin tapa bilməyəcəyi rəqəmləri üzə çıxarıblar. Əslində isə həmin bu "qəhrəman iqtisadçılar" bəzilərinin, necə deyərlər, zəif damarını tutaraq cəfəng fikirlər səsləndirir, mənbəsi, istinad nöqtəsi olmayan rəqəmlərlə insanların həm də ictimai-siyasi ruhuna təsir göstərməyə çalışırlar. Belə "qabiliyyət" sahibləri az deyil.

Əgər sərt tənqidlər və ağ yalanların ifşa olunması belə bu adamları öz yollarından döndərə bilmirsə, deməli, problem halını almış bu məsələnin həllinin başqa yollarını axtarıb tapmaq lazımdır. Fikrimizcə, burada söhbət yalnız məsələnin hüquqi yolla tənzimlənməsindən gedə bilər. Mövcud Cinayət Məcəlləsində yalan informasiya ilə bağlı müəyyən məqamlar təbii ki, var. Lakin apardığımız araşdırmalar göstərir ki, onların hər dəfə bu cür situasiyaların nizamlanması məqsədilə istifadə olunması mexanizmi kifayət qədər çevik və işlək deyil. Burada söhbət konkret olaraq heç bir mənbəyə söykənmədən "havadan götürülmuş" məlumatların və ya mövcud rəsmi mənbədəki informasiyaların ciddi şəkildə təhrif olunaraq cəmiyyətə ötürülməsindən gedir. Təəssüf ki, bu fəaliyyət növünə üstünlük verənlər bəzi hallarda öz məqsədlərinə çata bilirlər. Bəs bu vəziyyətin nizamlanmasının hansı yolları ola bilər? Fikrimizcə, mövcud Qanuna cəmiyyətə yalan informasiyalar təqdim edən və bu yolla insanlar arasında çaşqınlıq yaradaraq dövlətə bu və ya digər formada zərər vurmağa çalışanların əməllərinə hüquqi qiymət verən əlavələr olunmalı və yaxud bununla bağlı yeni qanunvericilik aktı qəbul edilməlidir. Bu sənəd hər kəsin mətbuat vasitəsilə cəmiyyətə ötürdüyü fikirlərin məsuliyyətini müəyyən etməlidir. Bax, onda yalan informasiyaları cəmiyyətə sırımaqla reytinq qazanmaq istəyənlər yazdıqlarının, dediklərinin fərqinə varacaqlar...

Qayıdaq problemli kreditləri cəmiyyətə təqdim edən "ekspertlərin" apardıqları araşdırmalarda bilərəkdən yol verdikləri yalnışlıqlara.

"Azadlıq" qəzeti 14 may 2015 "Əhali kredit borclarını qaytara bilmir" başlıqlı yazıdan: "2014-cü ilin mart ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 32% artıb".

Faktiki vəziyyət: 2014-cü ilin mart ayı ilə müqaisədə verilmiş kreditlərin sayı cəmi 16,9% artıb... Burada müəllif rəsmi rəqəmi 15,1% şişirdərək cəmiyyətə təqdim edir...

Həmin yazıdan: "Mütəxəssislərin bildirdiyinə görə, maliyyə-kredit təşkilatlarının əhaliyə ayırdığı kreditlərin həcmi ildən-ilə artır. 2014-cü ilin mart ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 32% artıb. Bu da təxminən 7 milyard manata yaxın edir."

Faktiki vəziyyət: Müəllifin müqaisə etdiyi dövrdə verilən kreditlərin həcmi 32% deyil, cəmi 16,9% artdığını yuxarıda qeyd etdik. Bu dövrdə kreditlərin artımı isə müəllifin göstərdiyi kimi 7 milyard manat deyil cəmisi 4,7 milyard manat olub. Deməli bu yazar üçün faktiki rəqəmi 49% şişirtmək heç bir çətinlik yaratmır.

Yenə həmin yazıdan: "Ümumi kredit portfelinin isə 32 faizini problemli kreditlər təşkil edib. Bu isə o deməkdir ki, qısamüddətli kreditlərin, demək olar, hamısını problemli kreditlər təşkil edib və ya uzunmüddətli kreditlərin ödənişində də problemlər yaranmağa başlayıb. Yəni qısamüddətli kreditlər 5 milyard manat, ancaq problemli kreditlər 7 milyard manat təşkil edib".

Faktiki vəziyyət: Müəllif burada verilən kreditlərin həcmində 32%-lik artım yalanını (yuxarıda göstərdik ki, bu artım real 16,9% olub) bu dəfə ümumi kredit portfelində problemli kreditlərin xüsusi çəkisi kimi təqdim edir və sonradan belə qənaətə gəlir ki, qısamüddətli kreditlər 5 milyard manat, problemli kreditlər 7 milyard manat təşkil edib. Bəs bu məsələdə həqiqət nədən ibarətdir? Əvvəla qısamüddətli kreditlərin həcmı bu gün 5 milyard manat deyil 4,5 milyard manatdan bir qədər artıqdır. O burada rəqəmi 0,5 milyard manata qədər şişirdir. İkincisi, qısamüddətli kreditlərin hamısının pis kreditlər olduğunu iddia etmək heç bir məntiqə sığmir. Belə çıxır ki, yüz minlərlə kredit götürən fiziki şəxslərdən bir nəfər də götürdüyü krediti vaxtında ödəmir. Bu, absurddur. Problemli kreditləri 7 milyard göstərən müəllifə hesab dərsi kimi bildirir ki, bu rəqəm cəmi 1,2 milyard manatdır. Amma o, bu rəqəmi də 5,8 dəfə şişirdərək cəmiyyətə təqdim edir.

Başqa müəlliflər isə havadan götürdükləri məlumatlarla bu gün bəzi banklarda kredit portfelində problemli kreditlərin az qala 50% təşkil etdiyini, banklar üzrə verilən ümümi kreditlərin 20%-nin problemli kreditlər olduğunu yazırlar. Haradan götürülür bu rəqəmlər? Hansısa bankda deyək ki, doğrudan da problemli kreditlər o bankın ümumi kredit qoyluşunun 50%-nə bərabərdir. Amma bu informasiyanın həmin müəlliflər tərəfindən əldə olunması mümkün deyil. Çünkü bank belə informasiyanı Mərkəzi Bankdan başqa heç kimə verməz.

Bu qəbildən olan faktların - yəni "ekspertlərin" cəmiyyətə sırımaq istədiyi yalanların sayı-hesabı yoxdur. Onlar heç bir məsuliyyət daşımadan cəmiyyəti aldadır və bunu da özlərinə çoxdan peşə seçiblər. Hesab edirik ki, diqqət yönəltdiyimiz bu problemi sözügedən sahəni əhatə edən qanunvericilik bazasının təkmilləşdirmək və sözün məsuliyyətini yaradacaq digər hüququ sənədlər qəbul etməklə aradan qaldırmaq olar. Vəziyyət belə davam edərsə, bu gün Facebookda heç bir mənbəyə söykənməyən statuslar paylaşanlar getdikcə özlərini Adam Smitdən də dahi iqtisadçı hesab edib daha böyük auditoriyalara "dərs" keçmək iddiasına düşəcəklər.

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə "Çelsi"ni məğlub etdi
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə "Çelsi"ni məğlub etdi
Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub
Türkiyədə 6 futbol hakimi koronavirusa yoluxub
"Bavariya" Almaniya Bundesliqasında "Şalke"ni darmadağın edib
"Bavariya" Almaniya Bundesliqasında "Şalke"ni darmadağın edib
Loading Bars
Xəbər lenti
Azərbaycan Dillər Universitetində “Çin mədəniyyəti həftəsi” keçirilir
Tovuzda növbəti erməni təxribatı ilə bağlı cinayət işi başlandı
Azərbaycanda qızıl bahalaşıb
Azərbaycana silahlı müdaxilə Ermənistan üçün fəlakətli nəticələrə səbəb olacaq - Gürcüstan deputatı
Bu il 290 kilometr qaz xətti təmir olunub (FOTO)
Bakının yeni turistik məkanına çevriləcək Bibiheybət (FOTOREPORTAJ)
Qiymətli kağızlar bazarı yenidən canlanır: Bazarın yeni iştirakçıları hansı perspektivlər vəd edir?
Şəhid çavuşun cənazəsi yaşadığı evə gətirilir (FOTO)
“WhatsApp”da yeni funksiya işə salınacaq
Bakı Yunus Əmrə İnstitutu Bakı Türk Anadolu Liseyi şagirdlərinə dəstək olub (FOTO)
Neftçalada 18 yaşına çatmamış qızın qeyri-etik fotolarını çəkərək yayan şəxs həbs edilib
Milli Məclisin Gənclər və idman komitəsinin iclası keçirilib (FOTO)
Mətbuat Şurası müraciət yayıb
Hərbçilərə pensiya təyinatının avtomatlaşdırılması tezliklə həll ediləcək - Rəsmi
Altıağacda bıçaqlanma olub (FOTO)
Ali təhsil dövrü staj kimi qəbul edilir - Nazirlik
Çinə Rusiyadan idxal olunan məhsulda koronavirus aşkarlandı
Politoloq: Cəbhədə düşmənin istənilən təxribatının qarşısını ordumuz layiqincə alır
EY Azərbaycan şirkəti 2020-2021 illər üçün növbəti “EY İlin İş Adamı™” müsabiqəsinə start verdi
Sabah 28 dərəcəyədək isti olacaq
DSMF qadınların pensiya təyinatı barədə qaydaları açıqladı
ADRA əməkdaşları “Xəzəri qoruyaq” adlı təmizlik aksiyasında iştirak ediblər (FOTO)
"Ali təhsil haqqında" qanun layihəsi hazırlanır (FOTO)
Deputat: Azərbaycanda nəhəng investisiya layihələri uğurla həyata keçirilir
PAŞA Bank sayt etibarlılığı üzrə mühəndis axtarır
Hərbi salamla məşhurlaşan Eltonun atası: Onun hərbiyə həvəsi körpə vaxtlarından var (FOTO)
BNA: Bakıda qanunsuz parklanmalara qarşı tədbirlər davam edir
DSMF: Bundan sonra kişilərin pensiya yaşı artırılmayacaq
Bakıda dəmir yoluna çıxan kişini elektrovoz vurub öldürdü
ABŞ Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların həmsədrlərin himayəsi altında bərpasına çağırır - Pompeo
Özünüməşğulluq proqramı gələn il 15 min ailəni əhatə edəcək
Qaxda 2 ton narkotik vasitə məhv edilib
Gürcüstanda 193 yeni yoluxma qeydə alınıb
XİN: Düşmənin sərhəddə törətdiyi bu qanlı cinayətin bütün məsuliyyətini Ermənistanın rəhbərliyi daşıyır
Astara sakini 1 kiloqram heroinlə ələ keçdi (FOTO/VİDEO)
Nümunəvi dönərxanalarda satılacaq dönərlərin qiyməti necə olacaq? - RƏSMİ AÇIQLAMA
“Funda” tibb mərkəzində vergi nəzarəti keçirilib, materiallar məhkəməyə göndərilib
Bakıda restoranda yanğın (FOTO)
Səbail rayonunda yolların yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
Sabirabadda yeni doğulmuş körpə ölüb
Mağazadan oğurluq edən şəxs saxlanılıb (FOTO/VİDEO)
Bakıda məktəbi qızıl və gümüş nişanla bitirən məzunların sayı açıqlanıb
Deputat: Azərbaycan Ermənistanın təxribat xarakterli hərəkətlərinə dözmək niyyətində deyil
Çexiyanın Səhiyyə naziri koronavirusa görə istefa verib
AQTA quşçuluq sahəsində fəaliyyət göstərən sahibkarlara xəbərdarlıq etdi
Dağlıq Qarabağın azərbaycanlı icması bəyanat yayıb
Deputat: Ermənistan öz çirkin və təxribatçı əməllərindən çəkinməsə onun üçün nəticələr ağır olacaq
Sahibkarlar üçün sərfəli şərtlərlə, tamamilə onlayn biznes krediti. Növbəsiz və girovsuz! (VİDEO)
Mebel salonunda bağbanı cərəyan vurub öldürdü
Alkoqol və tütün Alzheimer xəstələri üçün risklidir
Deputat: Məscidləri dağıdan ölkə müsəlmanların dostu ola bilməz
Müdafiə Nazirliyi bəyanat yaydı: Şəhid var
MasterCard Priceless platformasında müştərilər üçün daha çox endirim!
Azərbaycanda könüllülərlə bağlı yenilik: Qanuna dəyişiklik edilir
Azərbaycanda kəskin bağırsaq infeksiyaları və suçiçəyinə yoluxma halları artıb
Deputatların könüllü komandası olacaq
Ermənistanda koronavirusdan ölənlərin sayı 936 nəfərə çatıb
Türkiyədə Azərbaycan kapitalı ilə 70-dən çox şirkət qeydiyyata alınıb
Dövlət Agentliyi “CISCO” şirkəti ilə əməkdaşlığı genişləndirir (FOTO)
Şamaxıda qanunsuz ov edənlər cərimələndi
Sabirabadda 34 yaşlı kişi qaynı tərəfindən güllələndi
“AccessBank” bankomat alışı üzrə tender elan edir
XİN: Ermənistan rəhbərliyinin məsuliyyətsiz və təhrikçi davranışı bölgədə gərginliyi alovlandırır
Tac-Mahal ziyarətçilər üçün açılıb
Deputat: Ermənistan bütün bu təxribatların və işğalın bir sonu olacağını mütləq anlamalıdır
Azərbaycan koronavirusa qarşı vaksinin gətirilməsi ilə bağlı saziş imzalayıb
Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi aparılır
Müəllimlərin informasiya bacarığının artırılması üzərində işləyirik - Şöbə müdiri
Qida Təhlükəsizliyi İnformasiya Sisteminin yeni modulları istifadəyə verilib
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb
Prokurorluq bacısını öldürən şəxslə bağlı məlumat yaydı
Milli Məclisin Gənclər və idman komitəsi geniş hesabat verəcək
Şəkidə yeni qədim abidə aşkar edilib (FOTO)
Bakıda bacısını öldürən şəxs polisə təslim olub
Ermənistan atəşkəsi 30 dəfə pozub
Rəşad Tağıyev: Müstəqil Azərbaycanın dayanıqlı inkişafı naminə təhsil islahatları ildən-ilə dərinləşdirilir
Sahil Kərimli: Müstəqilliyi, təhlükəsizliyi və rifahı təmin edən yeni neft-qaz strategiyası
Deputatlar bu gün onlayn iclas keçirəcək
Qazaxıstanda koronavirusa daha 45 nəfər yoluxub
Çində silahlı şəxs insanlara hücum edib, yaralananlar var
İsraildə koronavirusa yoluxanların sayı 187 min nəfəri ötdü
Hindistanda yaşayış evi uçub, ölənlər var
ABŞ-da koronavirusa yoluxanların sayı 7 milyon nəfəri ötüb
Texasda təyyarə qəzaya uğrayıb, ölənlər var
İctimai nəqliyyatın hərəkəti bərpa olundu
Filippin sahillərində güclü zəlzələ olub
Kolumbiyada naməlum şəxslər 5 nəfəri qətlə yetirib
Moskvanın hava limanlarında 18 aviareys ləğv edilib və ya təxirə salınıb
Trampı zəhərləmək istəyən şəxs Kanada-ABŞ sərhədində saxlanılıb
Moskvada koronavirusdan daha 12 nəfər ölüb
Özbəkistanda koronavirusa yoluxanların sayı 51 min nəfəri ötüb
MN: Ermənistana məxsus növbəti taktiki PUA məhv edilib
Braziliya telekanalında Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun acı nəticələri barədə bəhs edilib (FOTO)
SECO: İsveçrə şirkətləri Azərbaycanın qeyri-enerji sektorunun inkişafında dəyərli tərəfdaş ola bilərlər
Türkiyə 5,1 bal gücündə zəlzələ baş verib
İranda koronavirusun üçüncü dalğasının başladığı elan edilib
Bağdadın hava limanının yerləşdiyi rayon raket hücumuna məruz qalıb
Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə "Çelsi"ni məğlub etdi
Türkiyədə koronavirusdan bir gündə 1 116 nəfər sağalıb
Bütün xəbərlər