...

"İlk Avropa Oyunları Azərbaycanın iqtisadi, siyasi və idman həyatında mühüm rol oynayacaq"

Cəmiyyət Materials 22 May 2015 16:18 (UTC +04:00)
“İlk Avropa Oyunları Azərbaycanın iqtisadi, siyasi və idman həyatında mühüm rol oynayacaq”.
"İlk Avropa Oyunları Azərbaycanın iqtisadi, siyasi və idman həyatında mühüm rol oynayacaq"

Azərbaycan, Bakı, 22 may /Trend/

"İlk Avropa Oyunları Azərbaycanın iqtisadi, siyasi və idman həyatında mühüm rol oynayacaq". Bunu Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisinin koordinatoru Aliyə Ağrılı deyib.

Onun sözlərinə görə, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi böyük bir tarixi hadisədir və ölkəmiz bu yarışlardan sonra dünyada daha da tanınacaq: "İlk Avropa Oyunlarının təşkili respublikamızın dünyadakı nüfuzunu daha da artıracaq. Oyunların təşkili həm də ölkəmizdə turizmin inkişafına böyük təkan verəcək. Bilirsiniz ki, ilk Avropa Oyunları ilə bağlı nəqliyyat sistemi, infrastruktur müasirləşdirilir. Bütün bu görülən işlər isə bir irs olaraq gələcək nəsillərə ötürüləcək. Məsələn, Oyunlarla bağlı yaradılmış təhlükəsizlik və nəqliyyat sistemindən sonralar da istifadə ediləcək. İlk Avropa Oyunları digər tərəfdən Azərbaycanın bütün dünyada nüfuzunu artırmaqla yanaşı, idmanımızın maddi-texniki bazasının güclənməsinə də şərait yaradacaq. Müasir standartlara uyğun tikilən idman obyektlərindən xalqımız istifadə edəcək. Bundan başqa, bu oyunlar respublikada digər sahələrin inkişafına da böyük təkan verəcək. Biz gənclər isə ölkəmizdə gedən bu inkişafı gördükcə qürurlanırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti