...

Təhsil naziri 12 illik təhsil sisteminin özəlliklərindən danışdı

Cəmiyyət Materials 25 May 2015 11:28 (UTC +04:00)
12 illik təhsil sisteminə keçidlə bağlı Azərbaycan Təhsil Nazirliyi tərəfindən hazırlıq işləri, ekspertlərlə məsləhətləşmələr aparılır, ölkələrin uğurlu və uğursuz təcrübələri öyrənilir.
Təhsil naziri 12 illik təhsil sisteminin özəlliklərindən danışdı

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir İlhamə İsabalayeva/

12 illik təhsil sisteminə keçidlə bağlı Azərbaycan Təhsil Nazirliyi tərəfindən hazırlıq işləri, ekspertlərlə məsləhətləşmələr aparılır, ölkələrin uğurlu və uğursuz təcrübələri öyrənilir.

Trend-in məlumatına görə, bunu bu gün jurnalistlərə Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarovun sözlərinə görə, 12 illik təhsilə keçidə məktəbdə oxunulan illərin sayı kimi baxmaq və belə təqdim etmək sadələşdirilmiş yanaşma ola bilər: "12 illik təhsil sisteminin tətbiqinə isə o zaman başlanılacaq ki, seçdikləri yolun düzgün və aparıcı beynəlxalq təcrübəyə əsaslanan yol olduğuna əmin olacaqlar. Təbii olaraq, belə bir keçid təhsil sisteminin fəaliyyət formatının dəyişdirilməsinə gətirib çıxaracaq. Bu keçid həm də dövlət və cəmiyyət tərəfindən lazım olan resursların cəlb olunması ilə müşahidə olunmalıdır".

M.Cabbarov deyib ki, 12 illik təhsil sisteminə məqsəd kimi baxılmır və baxılmamalıdır: "12 illik sistemə keçid bir vasitədir, çünki Azərbaycanın təhsil sisteminin əmək bazarı, dövlətin sosial-iqtisadi inkişafı, rəqabət davamlılığının artılması üçün şagirdlərimiz daha rəqabətli, yüksək dəyərə malik insan kapitalı kimi formalaşdırlmalıdır. Gələcək həyatları üçün onlara daha yaxsı alətlər, bilik və bacarıqlar verilməli, dövlətin sosial-iqtisadi inkişafına xidmət edən vətəndaşlar formalaşdırılmalıdır. Buna nail olmaq üçün vasitələrdən biri ümumi təhsil sisteminin fəaliyyətinin optimallaşdırılması, onun müasir dünya standartları səviyyəsinə çatdırılmasıdır. 12 illik təhsilə keçidə məhz bu prizmadan baxılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti