...

AMEA uşaqlar üçün istirahət düşərgələri yaradacaq

Cəmiyyət Materials 2 İyun 2015 16:48 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) uşaqlar üçün istirahət düşərgələri yaratmağı planlaşdırır.
AMEA uşaqlar üçün istirahət düşərgələri yaradacaq

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) uşaqlar üçün istirahət düşərgələri yaratmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə AMEA Azad Həmkarlar İttifaqının sədri İsa Alıyev qurumun 2014-cü ildəki fəaliyyətinə həsr olunan tədbirdə bildirib.

Hazırda bu məsələnin gündəmdə olduğunu deyən İ.Alıyevin sözlərinə görə, hazırda Akademiyanın Şamaxının Pirqulu qəsəbəsində istirahət düşərgələrinin yaradılması məsələsi də diqqət mərkəzindədir.

O, qeyd edib ki, istirahət mərkəzi istifadəyə verildikdən sonra alimlər AMEA-nın hesabına dincələ biləcəklər.

İttifaq sədri əlavə edib ki, istirahət mərkəzi yaradıldıqdan sonra orada mədəni-kütləvi tədbirlər də keçirilə bilər.

İ.Alıyev onu da qeyd edib ki, AMEA mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün Folklor İnstitutunun imkanlarından istifadə edə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti