...

Tarif Şurası: Dərmanların qiymətləri xeyli şəkildə ucuzlaşaq (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 11 İyun 2015 12:20 (UTC +04:00)
Dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimləməsi onların qiymətinin ciddi şəkildə azalmasına gətirib çıxaracaq.
Tarif Şurası: Dərmanların qiymətləri xeyli şəkildə ucuzlaşaq (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 11 iyun /Trend, müxbir Azad Həsənov/

Dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimləməsi onların qiymətinin ciddi şəkildə azalmasına gətirib çıxaracaq.

Trend-in məlumatına görə, bu barədə Tarif Şurasının katibi İlkin Məcidov jurnalistlərə deyib.

"Bütün apteklərdə qiymətlər eyni olacaq. Buna görə insanlara ona lazım olan ən ucuz dərmanı axtarıb tapmaq üçün apteklərə qaçmaq lazım olmayacaq. Dövlət tərəfindən tənzimlənmə mexanizmi əhaliyə səhiyyəyə xərcləri azaltmağa imkan verəcək".

İ.Məcidov bildirib ki, dərman preparatı idxalçıları ilk növbədə Səhiyyə Nazirliyinə sorğu göndərməlidir: "Müraciət əsasında dərman preparatı ekspertiza və sınaqdan keçirilir. Bundan sonra dərman dövlət qeydiyyatından keçirilir, reyestrə salınır və idxalçıya dərmanı ölkəyə gətirmək üçün icazə verilir".

Dərmanın qiymətinin təsdiq edilməsi üçün TŞ-ə müraciət edilməlidir.

Qiymətlərin tənzimlənməsi üçün TŞ minimum 10 ölkə arasından (Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya) 5 ölkə təyin edir və dərmanın qiymətinin müəyyənləşdirilməsində bu ölkələrdə tətbiq edilən ən aşağı qiymət seçilir.

Bunun əsasında topdan və pərakəndə qiymətlər müəyyənləşdirilir.

Qiymətlərə nəzarət Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən həyata keçirilir.

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev isə çıxışında dərman preparatlarının qiymətinin süni yolla artırılmasına toxunub: "Azərbaycanda dərmanların qiymətlərinin süni yolla artırılması ilə əlaqədar 50 min manat məbləğində cərimə tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsində dəyişikliklər üçün müvafiq təkliflər paketi artıq hazırlanıb. Hazırda təkliflər müzakirə mərhələsindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti