...

Bakıda xüsusi istedadlı uşaqların I sinfə qəbulu üçün ərizələrin qəbulu başladı

Cəmiyyət Materials 2 İyul 2015 17:45 (UTC +04:00)
Bakıda 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların ümumtəhsil məktəblərinin I sinfinə qəbulu üçün elektron ərizələrin qeydiyyatına başlanılıb.
Bakıda xüsusi istedadlı uşaqların I sinfə qəbulu üçün ərizələrin qəbulu başladı

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Bakıda 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların ümumtəhsil məktəblərinin I sinfinə qəbulu üçün elektron ərizələrin qeydiyyatına başlanılıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı ümumtəhsil məktəblərində iyulun 31-dək aparılacaq. Qəbulu müsabiqə əsasında keçirən müəssisələrə, lisey və gimnaziyalara isə qeydiyyat martın 15-dən aprelin 15-dək aparılıb.

İyulun 13-dən 31-dək Bakı şəhərinin hər bir inzibati rayonu ərazisində yaradılmış komissiya tərəfindən "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"na əsasən müsahibə (müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahandan uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər istisna olmaqla) keçiriləcək.

Qeyd edək ki, bu il ilk dəfə olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti