...

Mikayıl Cabbarovdan yeni əmr

Cəmiyyət Materials 7 İyul 2015 12:08 (UTC +04:00)
Azərbaycan təhsil naziri Mikayıl Cabbarov xüsusi təhsil məsələləri barədə əmr verıb.
Mikayıl Cabbarovdan yeni əmr

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə yeni vəzifə həvalə edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, M.Cabbarovun xüsusi təhsil məsələləri ilə bağlı imzaladığı əmrinə əsasən, xüsusi, inteqrasiyalı və inklüziv təhsil üzrə elmi-tədris-metodiki rəhbərlik De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə həvalə olunub.

De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin Sosial işin təşkili və statistika şöbəsinin adı dəyişdirilərək, Xüsusi təhsil şöbəsi adlandırılıb. Sosial işin təşkili və statistika şöbəsinin funksiyaları İdarənin Dövlət uşaq müəssisələri və alternativ xidmətlər üzrə şöbəsinə verilib.

Əmrə əsasən, Respublika Psixoloji-Tibbi-Pedaqoji Komissiyası bir ay müddətində 2012-2014-cü illər ərzində fəaliyyət istiqamətləri üzrə görülmüş işlər barədə Təhsil Nazirliyinə hesabat təqdim etməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti