...

Azərbaycanda su hövzələrində boğulma hadisələrinin səbəbləri açıqlandı (FOTO)

Cəmiyyət Materials 7 İyul 2015 13:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) Azərbaycanda su hövzələrində boğulma hadisələrinin əsas səbəblərini açıqlayıb.
Azərbaycanda su hövzələrində boğulma hadisələrinin səbəbləri açıqlandı (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 7 iyul /Trend, müxbir İlkin İzzət/

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidməti (DSXX) Azərbaycanda su hövzələrində boğulma hadisələrinin əsas səbəblərini açıqlayıb.

Trend-in sorğusuna cavab olaraq DSXX-nin Təbliğat və təşkilat sektorunun müdiri Mansur Piriyev deyib ki, araşdırmalar göstərir ki, ölkədə çimmək üçün qadağan olunmuş su hövzələrində boğulma hadisələri əsasən aşağıdakı hallarda baş verir:

- Məktəblilər şəhər və rayon yerlərində evdən xəbərsiz dənizə, kanala, çaya, gölə çimməyə gedirlər.

- Şəhərdən və ya kənddən qonaq gələn gənclər, yeniyetmələr tanımadıqları su hövzələrinə sərinləmək üçün girirlər.

- Çimərlikdə və ya çimmək üçün qadağan olunan dəniz sahilində, kanal, göl sahilində yeyib-içən insan sərxoş vəziyyətdə elə həmin ərazidə çimmək istəyir.

- Su hövzəsi ətrafında yerləşən kənddən, qəsəbədən bir neçə uşaq nəzarətsiz halda, bəzən də onları heç kim görməsin deyə heç kimin olmadığı qadağan olunmuş ərazidə çimməyə çalışır.

- Çimərliyə gələn şəxs dəfələrlə xilasedicilərin onlara xəbərdarlıq etməsinə baxmayaraq, uzağa üzür, qadağan lövhələrinin tələblərinə əməl etmir və.s.

Sektor müdiri su hövzələrində bədbəxt hadisələrə gətirib çıxaran digər səbəbləri də açıqlayıb: "Bu cür hadisələrin əsas səbəbi təhlükəsizlik və davranış qaydalarına əməl olunmaması ilə yanaşı, valideynlərin məsuliyyətsizliyi nəticəsində uşaqların nəzarətsiz qalması ilə də bağlıdır. Hadisələrin digər səbəbləri isə çimmək üçün qadağan olunan dəniz sahili, çaylar, göllər, kanallar və digər sututar yerlərin yerli icra strukturları - yerli icra nümayəndələri, bələdiyyələr, yerli polis orqanları və s. tərəfindən nəzarətsiz buraxılması, insanlar arasında maarifləndirmə işləriinin aparılmaması, həmin ərazidə qadağan lövhələrinin quraşdırılmaması ilə bağlıdır. Ümumiyyətlə, istirahətə yollanan hər bir şəxs təhlükəsizlik qaydalarını öyrənməli, "harada və necə çimmək olar?" sualına cavab tapdıqdan sonra su hövzələrində istirahətə yollanmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti