...

Magistrantlar beynəlxalq komissiya qarşısında müdafiə etdilər (FOTO)

Cəmiyyət Materials 10 İyul 2015 17:23 (UTC +04:00)
Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində həyata keçirilən ECONANO layihəsinin növbəti seminar-mitinqi 8-10 iyul tarixlərində Bakı Dövlət Universitetində (BDU) keçirilib.
Magistrantlar beynəlxalq komissiya qarşısında müdafiə etdilər (FOTO)

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Avropa İttifaqının TEMPUS proqramı çərçivəsində həyata keçirilən ECONANO layihəsinin növbəti seminar-mitinqi 8-10 iyul tarixlərində Bakı Dövlət Universitetində (BDU) keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, seminarda İtaliyanın Sapienza, Fransanın Paris 13, Yunanıstanın Patras universitetlərinin nümayəndələri, Bakı Dövlət, Azərbaycan İnşaat və Memarlıq, Qafqaz universitetlərinin, AZECOLAB şirkətinin və Azərbaycan Təhsil Nazirliyinin nümayəndələri iştirak ediblər.

Seminar-mitinqin ilk günündə "Ekologiya mühəndisliyi" üzrə yeni magistr proqramının yaradılması haqqında müzakirələr aparılıb. Avropa təhsil proqramlarına uyğun hazırlanması nəzərdə tutulan bu ixtisaslaşmada bakalavr təhsil pilləsində tədris edilmiş fənlərin deyil, ancaq ixtisasyönümlü fənlərin tədrisinin nəzərdə tutulduğu bildirilib.

Layihənin növbəti günündə Azərbaycan universitetlərinin İtaliya, Fransa və Yunanıstana ezam olunmuş magistrantlarının postmagistr dissertasiya işlərinin müdafiəsi keçirilib. İngilis dilində keçirilən müdafiədə 12 magistrantın hər birinin məruzəsi beynəlxalq komissiya tərəfindən qiymətləndirilib. BDU-nun rektoru, akademik Abel Məhərrəmov təqdim olunan işləri yüksək dəyərləndirib, magistrantların məruzələrinin belə yüksək səviyyədə olmasında elmi rəhbərlərin gərgin əməyini xüsusilə qeyd edib. Bildirib ki, layihənin real nəticələri göz önündədir. Bu, Azərbaycan təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasının ən real nümunəsidir.

Layihənin rəhbəri, professor Luka Di Palma, Azərbaycan universitetləri üzrə koordinator, professor Məhəmmədəli Ramazanov görülən işlər barədə məlumat verib və sonrakı fəaliyyət planlarını müzakirə ediblər.

Seminarda həmçinin "Ekologiya mühəndisliyi" üzrə yeni magistr proqramının yaradılması ilə əlaqədar Təhsil Nazirliyinin nümayəndəsi İlham Hümbətov çıxış edərək bildirib ki, bu cür layihələri Təhsil Nazirliyi yüksək dəyərləndirir və həmişə dəstəkləyəcək.

Sonda magistrantlara uğurlu müdafiə işlərinə görə sertifikatlar verilib. Seminar-mitinqdə Avropa universitetlərinin 11 professoru iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti