Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir İlhamə İsabalayeva/
Bakının ətraf kəndlərinin və Abşeronun bağ sahələrinə çəyirtkələr hücum edib.
Trend-in məlumatına görə, çəyirtkələrin əkin sahələrinə hücumu son iki gün ərzində müşahidə edilir.
Kənd Təsərrüfati Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar onlara da siqnal daxil olub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, müəyyən tədbirlər görülmədiyi təqdirdə cəyitkələr əkin sahələrinə ciddi ziyan vura bilərlər.