...

Şəhid ailələrinə medallar təqdim edildi (FOTO)

Cəmiyyət Materials 3 Avqust 2015 20:34 (UTC +04:00)
Gənc zabit bildirib ki, xalqına, dövlətinə, öz Ali Baş Komandanına arxalanan Azərbaycan əsgəri işğal altında olan torpaqları azad etmək uğrunda müqəddəs savaşa hər an hazır və qadirdir.
Şəhid ailələrinə medallar təqdim edildi (FOTO)

Azərbaycan, Bakı, 3 avqust /Trend/

Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2015-ci il tarixli sərəncamı ilə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunmuş Silahlı Qüvvələrin hərbi qulluqçuları, gizir Əliyev Pərvin Səlahəddin oğlu və kiçik gizir Hüseynov Rahil Əfsər oğlunun, eləcə də Azərbaycan Respublikası Prezidentinin adından müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunmuş gizir Əlizadə Şahmurad Hilal oğlunun medalları təntənəli şəkildə ailələrinə təqdim edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Biləsuvar şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən mərasim Azərbaycan Respublikası Dövlət Himninin ifası ilə başlanıb. Sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev biləsuvarlıların bütün dövrlərdə Vətənə, dövlətə sədaqət nümunələri göstərdiyini, hərb tarixinə parlaq səhifələr yazdığını vurğulayaraq qeyd edib ki, təkcə Qarabağ müharibəsində bu rayondan döyüşlərə yollanmış 122 nəfər gənc şəhidlik zirvəsinə ucalmış, neçəsi itkin düşmüş və yaxud sağlamlığını itirmişdir: "Vaxtilə Biləsuvar qabaqcıl kənd təsərrüfatı rayonu kimi tanınırdısa, bu gün rayonumuzu Mübariz İbrahimov kimi Milli Qəhrəmanlarla tanıyırlar. Hazırda Silahlı Qüvvələrin bütün qoşun növlərində, cəbhə bölgələrindəki hərbi hissələrdə biləsuvarlı hərbi qulluqçular Vətən qarşısında əsgəri borclarını şərəf və vicdanla yerinə yetirirlər".

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani Azərbaycan Prezidentinin sərəncamını və müdafiə nazirinin əmrini mərasim iştirakçılarının nəzərinə çatdırıb və medallar şəhidlərin ailələrinə təqdim edilib.

Döyüşçülər adından çıxış edən baş leytenant Rzayev şəhid ailələrini əmin edib ki, övladlarının qisası birə on qat alınıb və bundan sonra da alınacaq. Gənc zabit bildirib ki, xalqına, dövlətinə, öz Ali Baş Komandanına arxalanan Azərbaycan əsgəri işğal altında olan torpaqları azad etmək uğrunda müqəddəs savaşa hər an hazır və qadirdir.

Əsgər valideynləri göstərilən diqqət və qayğıya, övladlarının xatirələrini həmişə əziz tutduqlarına, onların Vətən qarşısında xidmətlərini yüksək qiymətləndirdiklərinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti