...

Səbail rayon İcra Hakimiyyətində Rusiya hərbçilərilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 13 Avqust 2015 15:48 (UTC +04:00)
Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının Bakıda səfərdə olan nümayəndə heyətinin rəhbərliyi Səbail rayon İcra Hakimiyyətində olublar.
Səbail rayon İcra Hakimiyyətində Rusiya hərbçilərilə görüş keçirilib (FOTO)

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının Bakıda səfərdə olan nümayəndə heyətinin rəhbərliyi Səbail rayon İcra Hakimiyyətində olublar.

Avqustun 13-də Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqadonsk" hərbi gəmiləri Azərbaycana səfərə gəlib. Səbail rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorundan Trend-ə verilən məlumata görə, Rusiya Federasiyası Xəzər Dəniz Donanması nümayəndə heyətinin rəhbərliyi və Azərbaycan Respuslikasının Hərbi Dəniz Qüvvələrinin nümayəndələri Səbail rayon İcra Hakimiyyətində olublar.

Nümayəndə heyətini qəbul edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qonaqları salamlayaraq paytaxtın mərkəzi rayonu olan Səbail rayonunun strateji əhəmiyyət kəsb etdiyini bildirib. O, rayonun tarixi, coğrafi mövqeyi, burada yerləşən inzibati, sənaye, sosial, mədəniyyət, turizm obyektləri barədə ətraflı məlumat verib.

A.Əsgərov son illərədə Azərbaycanda əldə olunmuş nailiyyətlər, sosial-iqtisadi inkişafdan, həyata keçirilən yeni layihələrdən, o cümlədən, Səbail rayonunda görülən işlərdən danışıb, bu nailiyyətlərin qazanılmasında Ulu öndən Heydər Əliyev və Azərbaycan Prezidenti İlham Əliyevin böyük rolunu qeyd edib.

Ölkələrimiz və xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin, xalqlarımızın biri birinə nə qədər yaxın olmasını vurğulayan natiq rayon İcra Hakimiyyəti ilə rayondakı və eləcə də, cəbhə bölgəsindəki hərbi hissələr arasında yaranmış sıx dostluq və əməkdaşlıq əlaqələri və Müdafiə Nazirliyi ilə birgə tədbirlər barədə məlumat verib.

Qeyd olunub ki, keçən ilin oktyabr ayında Rusiya Federasiyasının Xəzər Dəniz Donanmasının "Dağıstan" və "Qrad Sviyacsk" hərbi gəmiləri Bakıda olarkən nümayəndə heydətinin rəhbərliyi Səbail RİH-də qəbul olunub və Səbail ictimaiyyəti nümayəndələri həmin hərbi gəmiləri ziyərət edərək dənizçilərin şəraiti ilə tanış olublar.

Tədbirdə çıxış edən Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının Bakıya səfərə gələn nümayəndə heyətinin rəhbəri I dərəcəli kapitan Kirill Taranenko Azərbaycanın, xüsusi ilə də onun Silahlı Qüvvələrinin inkişafından, iki ölkə ordularının əməkdaşlıq əlaqələrinin möhkəmlənməsindən, bü işlərdə hər iki ölkənin rəhbərlərinin rolundan danışıb, Rusiya Federasiyası ilə Azərbaycan arasında bütün sahələrdə əməkdaşlığın daha da genişlənməsinin vacibliyini vurğulayıb.

Azərbaycan Respublikası Hərbi-Dəniz Qüvvələrinin Komandan əvəzi, I dərəcəli kapitan Şahin Məmmədov qeyd edib ki, bu səfər ölkəmizin hərbi dənizçilərinin Rusiyaya səfərinə cavabdır. Səfər çərçivəsində qonaqlar "Fəxri Xiyaban"da Ümummilli lider Heydər Əliyevin məzarını və "Şəhidlər Xiyabanı"nı ziyarət edəcək, paytaxtın görməli yerlərini gəzəcək, Dövlət Bayrağı Meydanındakı Bayraq Muzeyi, şəhərin tarixi və mədəni abidələri, Azərbaycan Ali Hərbi Dənizçilik məktəbindəki tədris prossesi ilə tanış olacaq, həmçinin dənizçilərimizlə futbol üzrə yoldaşlıq görüşü keçirəcəklər.

Ölkəmizdə səfərdən və RİH-dəki görüşdən mənmunluq hissi keçirdiyini deyən Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin hərbi attaşesi polkovnik Vladimir Çernenko, "Mahaçqala" hərbi gəmisinin komandiri, II dərəcəli kapitan Ayup Dadayev, "Volqadonsk" hərbi gəmisinin komandiri, III dərəcəli kapitan Vladimir Zaytsev hərbi dənizçilərin ölkəmizə səfərinin səmərəli olduğunu qeyd etdərək Bakıda gördükləri qonaqpərvərliyə görə minnətdarlıqlarını bildiriblər.

Görüşün sonunda qarşılıqlı hədiyyələr təqdim olunub.
Sonra qonaqlar Səbail rayonunun görməli yerlərində olub, şəhərimizin gözəlliyinə vurğun olduqlarını bildiriblər.

Səfər proqramına uyğun olaraq Səbail rayon ictimaiyyəti nümayəndələrinin Rusiya hərbi gəmiləri ilə tanışlığı nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti