...

BDU heyəti Türkiyəyə səfər edir

Cəmiyyət Materials 17 Avqust 2015 15:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 avqust /Trend/

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin bir qrup müəllimi BDU və Türkiyə Respublikası Baş nazirlik Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) anlaşmasına əsasən, avqustun 17-27-də Türkiyəyə səfər edəcəklər.

BDU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətini qəbul edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu səfərin fakültə tarixində ilk geniş tərkibli səfər olduğuna diqqət çəkərək, onun əhəmiyyətindən bəhs edib.

Rektor İstanbul, Bahçaşəhər, Kadır Has, Yeditəpə, Ankara, Qazi, Başkənd universitetlərinin jurnalistika fakültələrində iş və tədris prosesi ilə əyani tanışlıqların, əldə olanan nəticələrin fakültənin inkişafına təsirsiz ötüşməyəcəyinə əminliyini ifadə edib.

Akademik eyni zamanda, BDU ilə TİKA arasında əldə olunan razılaşmaya əsasən baş tutan bu səfərdən öncə jurnalistika fakültəsinin tələbə qəbulunda müvəffəqiyyət əldə edərək, uğurlu nəticə göstərmiş 10 tələbəsinin bu ilin fevral ayında Türkiyəyə səfərlərini xatırladıb və qurumla digər əməkdaşlıq layihələrindən danışıb.

Nümayəndə heyətinin rəhbəri, fakültənin Radio və televiziya kafedrasının müdiri, dosent Aynur Kərimova qəbul və tövsiyələrinə görə, rektora təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti