...

Elçin Quliyev: DSX əməkdaşlarına 600-dən artıq mənzilin güzəştli ipoteka şərtləri ilə verilməsi nəzərdə tutulub

Cəmiyyət Materials 18 Avqust 2015 11:54 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2013-cü ildə Bakı şəhərinin Xətai rayonu ərazisində 4 binadan ibarət yaşayış şəhərciyinin tikintisi başlanılmış və cari ildə inşaat işləri başa çatdırılmışdır. Yaxın müddətdə həmin şəhərcikdə 600-dən artıq mənzilin güzəştli ipoteka şərtləri ilə Dövlət Sərhəd Xidməti əməkdaşlarına verilməsi nəzərdə tutulub.
Elçin Quliyev: DSX əməkdaşlarına 600-dən artıq mənzilin güzəştli ipoteka şərtləri ilə verilməsi nəzərdə tutulub

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə 2013-cü ildə Bakı şəhərinin Xətai rayonu ərazisində 4 binadan ibarət yaşayış şəhərciyinin tikintisi başlanılmış və cari ildə inşaat işləri başa çatdırılmışdır. Yaxın müddətdə həmin şəhərcikdə 600-dən artıq mənzilin güzəştli ipoteka şərtləri ilə Dövlət Sərhəd Xidməti əməkdaşlarına verilməsi nəzərdə tutulub.

Trend xbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, Sərhəd Qoşunları komandanı general-polkovnik Elçin Quliyev "Azərbaycan" qəzetinə müsahibəsində bildirib.

DSX rəisi qeyd edib ki, aparılan islahatlar nəticəsində Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi təkmilləşdirilmiş, sərhəd məntəqələri müasir texniki avadanlıqlarla təchiz edilmiş, maddi-texniki baza xeyli möhkəmləndirilmiş, şəxsi heyətin xidmət və məişət şəraiti yaxşılaşdırılmışdır: "Dövlət sərhədlərinin mühafizəsi infrastrukturunun təkmilləşdirilməsi tədbirləri nəticəsində ötən il 208 binadan ibarət 48 tikinti kompleksinin əsaslı təmir-tikintisi, hərbi hissələrdə zabit-gizir heyətinin məişət şəraitinin yaxşılaşdırılması üzrə 1186 mənzilin inşası həyata keçirilmiş, 342 xidməti mənzil istifadəyə verilmişdir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti