...

Bakıda məktəbli formaları alarkən ehtiyatlı olun!(FOTO)

Cəmiyyət Materials 19 Avqust 2015 10:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinə daxil olan məlumatlar əsasında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mustafa Vəkilov küçəsi ev 2 ünvanında yerləşən fiziki şəxs Abbasova İradə Əli qızına məxsus məktəbli formalarının tikişi ilə məşğul olan müəssisədə dövlət nəzarəti həyata keçirilib.

Dövlət Komitəsindən Trend-ə bildiriblər ki, araşdırma zamanı məlum olub ki, "Uluxanlı" nişanı ilə istehsal olunan geyimlər təhlükəsizliyi, keyfiyyəti təsdiq edən sənədlər olmadan satışa çıxarılır. Belə ki, istehsal texnoloji təlimat olmadan həyata keçirilir, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlamasından keçməyib.

Müəssisə laboratoriya ilə də təmin olunmayıb və hər hansı bir akkreditasiya olunmuş laboratoriya ilə müqaviləsi yoxdur. Müəssisə həmçinin keyfiyyət və təhlükəsizlik göstəricisi olan uyğunluq sertifikatı ilə təmin olunmayıb.
Müəssisədə "Bakı Tikiş Evi" MMC-yə məxsus "BTE" əmtəə nişanından istifadə edilərək saxta məktəbli formalarının istehsal olunduğu müəyyən edilib.

Faktla bağlı araşdırma davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti