...

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Cəmiyyət Materials 20 Avqust 2015 10:20 (UTC +04:00)
vqustun 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 13,73 faiz artıb.
Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Azərbaycan, Bakı, 20 avqust /Trend/

Avqustun 1-i tarixinə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 13,73 faiz artıb. İyul ayı ərzində əlavə olaraq 584 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 25 603 nəfərə yüksəlib. Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,43 faizini (22 652 nəfər) kişilər, 11,57 faizini (2 965 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 109 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 091 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 814 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 512 nəfərə çatıb.

Sonrakı yerlərdə İran İslam Respublikası (944), Çin Xalq Respublikası (835), Hindistan (824), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (525), Pakistan İslam Respublikası (514), Ukrayna (359), Banqladeş Xalq Respublikası (316), Özbəkistan (261), , Almaniya Federativ Respublikası (226), ABŞ (220), Filippin Respublikası (216), Türkmənistan Respublikası (201), , Qazaxıstan Respublikası (191), Koreya (186), İtaliya Respublikası (178) və s. ölkələr qərarlaşıb.

2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti