...

Bakı-Sumqayıt yolu genişləndirilir (FOTO)

Cəmiyyət Materials 22 Avqust 2015 10:16 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda genişləndirmə işləri aparılır.
Bakı-Sumqayıt yolu genişləndirilir (FOTO)

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir Elmir Murad/

Bakı-Sumqayıt yolunda genişləndirmə işləri aparılır.

Trend xəbər verir ki, Avtovağzal kompleksinin yanından üzü Sumqayıta gedən istiqamətdə yollar genişləndirilir. Ərazidə traktor və yol çəkən maşınlar işləyir. Aparılan işlərdən görünür ki, sözügedən yol Xırdalan dairəsinə qədər genişləndiriləcək. Genişlənən yolda avtomobillərin təhlükəsizliyi üçün Yol Patrul Xidmətinin əməkdaşları ərazidə növbə çəkir.

Qeyd edək ki, axşam saatlarında aparılan işlərlə əlaqədar Şamaxinka deyilən ərazidən Avtovağzal kompleksinə kimi olan yolda tıxac yaranır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti