...

Leyla Şıxlinskaya klinikasının fəaliyyəti bərpa olunacaq?

Cəmiyyət Materials 26 Avqust 2015 13:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 avqust /Trend, müxbir Elmir Murad/

Leyla Şıxlinskaya klinikasının fəaliyyətinin bərpa olunması ilə bağlı təkliflər sözügedən xəstəxanaya göndərilib. Bunu Trend-ə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib.

Onun sözlərinə görə, nazirlik təkliflərə cavab gözləyir: "Biz Leyla Şixlinskaya klinikasına təkliflər paketi göndərmişik. Yaxın vaxtlarda onlar bizə cavab verməlidirlər. Bundan sonra klinikanın fəaliyyətinin bərpa olunub-olunmayacağı bilinəcək".

Qeyd edək ki, bir müddət əvvəl Leyla Şıxlinskaya klinikasının fəaliyyətinin dayandırılması haqqında məlumat yayılıb. Məlumata əsasən, sözügedən klinikaya növbəti fəaliyyət üçün lisenziya verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti