...

BANM-in rektoru Elmar Qasımov Yaponiyanın mütəxəssisləri ilə görüşdü

Cəmiyyət Materials 28 Avqust 2015 12:14 (UTC +04:00)
Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və professor-müəllim heyəti Yaponiyanın Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara və İNPEX Korporasiyasının Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirib.
BANM-in rektoru Elmar Qasımov Yaponiyanın mütəxəssisləri ilə görüşdü

Azərbaycan, Bakı, 28 avqust /Trend/

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və professor-müəllim heyəti Yaponiyanın Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara və İNPEX Korporasiyasının Bakıda səfərdə olan nümayəndə heyəti ilə görüş keçirib.

Trend-in məlumatına görə, görüş zamanı BANM-in rektoru Elmar Qasımov qonaqları salamlayıb və onları Ali Məktəbdə görməkdən məmnunluğunu ifadə edib. Rektor BANM və onun nailiyyətləri haqqında qonaqları məlumatlandırıb. O, Azərbaycan və Yaponiyanın neft-qaz sektorunda mövcud olan ikitərəfli əlaqələrdən bəhs edərək gələcəkdə BANM və Vaseda Universiteti arasında perspektivli əməkdaşlıq qurulmasının mümkünlüyünü vurğulayıb. E. Qasımov Vaseda Universitetinin professoru Masanori Kuriharanı 2016-ci ilin mart ayında İNPEX Korporasiyasının təşkilatçılığı ilə Azərbaycana nəzərdə tutulan səfəri çərçivəsində BANM-də tələbələrə master-klass keçməyə dəvət edib.

Öz növbəsində, Vaseda Universitetinin Sərvətlər və ətraf mühit mühəndisliyi kafedrasının professoru Masanori Kurihara və Yaponiyanın İNPEX Korporasiyasının nümayəndələri Bakıdakı qısa müddətli səfər zamanı Azərbaycanın ən qabaqcıl ali təhsil müəssisəsi olan BANM-də qonaq olmasından şad olduqlarını bildiriblər. Professor Masanori Kurihara təmsil etdiyi universitetin adından BANM-lə əməkdaşlığa maraqlı olduğunu bildirib. O, gələcəkdə BANM və Yaponiyanın Vaseda Universiteti arasında mühəndislik ixtisasları üzrə tələbə və professor-müəllim heyətinin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması təklifi ilə çıxış edib.

Görüşün sonunda BANM-in professor-müəllim heyəti öz təklif və tövsiyələrini irəli sürərək gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər. Eyni zamanda 2016-ci ilin mart ayında Vaseda Universitetinin professoru tərəfindən BANM-də tələbələr üçün professional treninqlərin təşkil olunmasına razılıq əldə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti