...

Güclü zəlzələ ilə bağlı “Azərbaycan Dəmir Yolları" gücləndirilmiş rejimə keçdi

Cəmiyyət Materials 4 Sentyabr 2015 11:39 (UTC +04:00)
Azərbaycanda baş verən güclü zəlzələ ilə əlaqədar olaraq, “Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçiblər.
Güclü zəlzələ ilə bağlı “Azərbaycan Dəmir Yolları" gücləndirilmiş rejimə keçdi

Azərbaycan, Bakı, 4 sentyabr /Trend/

Azərbaycanda baş verən güclü zəlzələ ilə əlaqədar olaraq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçiblər. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.

Məlumata görə, infrastruktur Departamentinin kollektivləri yollarda, körpülərdə, stansiyalarda yol, enerji təchizatı, işarəvermə və rabitə sahələrinin zəlzələdən ziyan görüb-görməməsini yoxlayırlar.

Mütəmadi yoxlamalar xırda təkanlar dayanana kimi davam edəcək.

Qeyd edək ki, AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verildiyi kimi, bu gün saat 09.49-da Şəki ərazisində zələzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bala, respublikanın ətraf rayonlarında 6-5-4 və 3 bala qədər hiss olunub. Zəlzələ 13 km dərinlikdə baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti