Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
2005-2015-ci illərdə Azərbaycana gələn turistlər ölkədə 1,3 milyard manat vəsait xərcləyiblər. Trend-in məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Xəzər-Avropa Klubunun üzvləri ilə görüşü zamanı bildirib.
Nazir müavini qeyd edib ki, bu müddətdə ölkəyə gələn turistlərin sayı 1,1 milyondan 2,3 milyona qədər artıb: "Hotellərin sayı 262-dən 535-ə, turizm müəssisələrinin sayı isə 197-dən 286-ya çatıb. Hazırda turizm sektorunda 42 min işçi calışır".
N.Səmədov deyib ki, hazırda turizmin Ümumi Daxili Məhsulda payı 4,1 faizdir.