Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
Biləcəri qəsəbəsi Malik Aslanov küçəsi, döngə 6-da təmir işləri həyata keçirilir.
Nəqliyyat Nazirliyi "Azəryolsevis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sözügedən küçənin bu hissəsində bundan öncə asfalt-beton örtüyünün olmaması burada yaşayan vətəndaşların xüsusən də qış aylarında gediş-gəlişində müəyyən problemlər yaradırdı.
Təmir olunan küçənin uzunluğu 550 metr, eni isə 6 metrdir. Burada yeni-asfalt beton örtüyü döşənməmişdən öncə "Azəryolsevis" ASC tərəfindən yol yatağı kipləşdirilib, yolun hərəkət hissəsi isə hamarlaşdırılıb. Ümumilikdə asfalt-beton örtüyü küçənin 3300 kv.m sahəsinə döşənir.
Təmir işlərinin sabah yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə "Azəryolservis" tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.