...

Naxçıvan MR-in ərazisinə dəyişiklik edilir

Cəmiyyət Materials 11 Sentyabr 2015 15:30 (UTC +04:00)
Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.
Naxçıvan MR-in ərazisinə dəyişiklik edilir

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, qanun layihəsində Babək rayonunun Qoşadizə kənd inzibati ərazi dairəsinin və onun tərkibindəki Qoşadizə kəndinin ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyestrindən çıxarılması nəzərdə tutulur.

Bundan əlavə, qanuna əsasən ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin dövlət reyesterindən çıxarılan Qoşadizə kəndinin 658 ha ərazisi bu qanuna əlavə edilmiş xəritəyə uyğun olaraq Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinin inzibati ərazisinə birləşdiriləcək.

Qanun layihəsi Milli Məclisin növbəti plenar iclasına tövsiyə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti