...

Bakıda sürücü və piyada məsuliyyətsizliyi 158 ölümünə səbəb olub

Cəmiyyət Materials 14 Sentyabr 2015 12:26 (UTC +04:00)
2015-ci il yanvarın 1-dən sentyabrın 14-dək Bakı şəhərində 570 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar nəticəsində 158 nəfər ölüb, 655 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Bakıda sürücü və piyada məsuliyyətsizliyi 158 ölümünə səbəb olub

Azərbaycan, Bakı, 14 sentyabr /Trend, müxbir İlkin İzzət/

2015-ci il yanvarın 1-dən sentyabrın 14-dək Bakı şəhərində 570 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalar nəticəsində 158 nəfər ölüb, 655 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən Trend-ə (BŞDYPİ) bildiriblər ki, yol polislərinin gördüyü tədbirlər və kütləvi informasiya vasitələrinin apardığı səmərəli təbliğat nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 60 fakt, ölüm sayı 53 fakt azalıb. Xəsarət alanların sayı isə 11 nəfər artsa da, dərəcələri nisbətən yüngül olub.

Hadisələrin 47 faizi sürət həddinin aşılması, 50 faizi piyadaların vurulması, 24 faizi yolayrıclarının keçmə qaydalarının pozulması, 16 faiz ötmə və manevretmə qaydalarının pozulması nəticəsində baş verib.

Yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində yol polisi əməkdaşları tərəfindən görülən tədbirlər zamanı Bakı şəhəri üzrə 653 029 halda inzibati protokol tərtib edilib. Bunlardan 12777-si sürücülərin avtomobili sərxoş halda idarə etməsinə, 7911-i sürət həddinin aşılmasına, 130 819-u yolayrıcını keçmə qaydalarının pozulmasına görə tərtib edilib.

Sürücülərlə yanaşı yol hərəkəti qaydalarını pozan 80561 piyada da inzibati məsuliyyətə cəlb edilərək cərimələnib.

Bunan əlavə, yol hərəkət qaydalarını pozduğuna görə Mərkəzi Məlumat Xidməti tərəfindən də yol hərəkəti iştirakçıları barəsində 228980 elektron protokol tərtib edilib.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücü və piyadalara yol hərəkəti qaydalarına ciddi riayət etməyə, özlərinin və yaxınlarının həyatını təhlükə altına atmamağı tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti