...

"Məktəblərin qarşısındakı yollarda həddindən artıq sıxlıq müşahidə olunub" (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2015 11:55 (UTC +04:00)
Sentyabrın 15-də səhər saatlarında orta məktəblərin qarşısındakı bütün yollarda həddindən artıq sıxlıq müşahidə olunub.
"Məktəblərin qarşısındakı yollarda həddindən artıq sıxlıq müşahidə olunub" (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Sentyabrın 15-də səhər saatlarında orta məktəblərin qarşısındakı bütün yollarda həddindən artıq sıxlıq müşahidə olunub.

Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildiriblər.

Məlumata görə, bununla bağlı sentyabrın 15-də 07:00-dən 11:00-a kimi NİİM-in 141 qaynar xəttinə sorğu xarakterli 100-dən çox zəng daxil olub: "Bir neçə gün öncədən, dəfələrlə valideynlərə, sürücülərə müraciət edilməsinə baxmayaraq, sürücülər yenə də avtomobilləriini məktəblərin yanında park etməsi yolda uzunmüddətli sıxlığın yaranmasına səbəb olub.

Sıxlıq xüsusilə paytaxtın Azadlıq prospekti, Nəriman Nərimanov, Təbriz, Neftçilər, İnşaatçılar prospektlərində, eləcə də Bakıxanov, Həsən Əliyev, Yusif Səfərov və Koroğlu Rəhimov küçələrində müşahidə olunub".

Qeyd edək ki, yeni tədris ilinin başlanması ilə əlaqədar Nəqliyyat Nazirliyinin bütün qurumları gücləndirilimiş iş rejimində çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti