Azərbaycan, Bakı, 21 sentyabr /Trend/
Bakı Dövlət Universitetinin (BDU) həyətində "Qanun" nəşriyyatı tərəfindən buraxılmış kitabların sərgisi və satışı təşkil olunub.
Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, kitablar Azərbaycan, rus və ingilis dillərində 20% endirimlə təklif olunur. Satışa bədii və rəngarəng uşaq ədəbiyyatı, şəxsiyyətin inkişafına kömək edəcək nəşrlər, hüquq kitabları çıxarılıb.
Bir neçə gün davam edəcək sərgi-satış tələbələrə lazımi kitabın şəhərdə axtarışına vaxt sərf etmədən onu əlçatan qiymətə almaq imkanı yaradır.