...

Aviabiletlərin dələduzluqla satışı ilə bağlı cinayət işi açılıb

Cəmiyyət Materials 7 Oktyabr 2015 11:01 (UTC +04:00)
Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi daha bir korrupsiya faktının üstünü açıb.
Aviabiletlərin dələduzluqla satışı ilə bağlı cinayət işi açılıb

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Elmir Murad/

Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi daha bir korrupsiya faktının üstünü açıb.

Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, "Azərbaycan Ekspress Travel" MMC-nin sabiq əməkdaşının qanunsuz hərəkətləri barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə Qeyri Hökumət Təşkilatlarının Məlumat və Əməkdaşlıq Şəbəkəsindən daxil olan müraciət qurumda araşdırılıb.

Araşdırmalar zamanı cəmiyyətin sabiq aviakassiri Rasifə Rəfiyevanın vəzifə səlahiyyətlərindən sui-istifadə edərək kassa mədaxil orderlərinə bilə-bilə yalan məlumatlar daxil etməklə ona etibar edilən cəmiyyətə məxsus 30.0 min manat məbləğində vəsaiti mənimsəməsində, habelə vətəndaşın etibarından sui-istifadə edərək aviabiletlər almaq adı ilə 8 min 500 manat məbləğində pul vəsaitini əldə keçirməsində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq), 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə, 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlayıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti