Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycanda dövlət universitetləri və xəstəxanalarının özəlləşdirilməsi təklif edilir.
Trend-in məlumatına görə, bu barədə təklifi Milli Məclisdə bir neçə komitənin büdcə müzakirələri zamanı millət vəkili Qüdrət Həsənquliyev səsləndirib.
Deputat qeyd edib ki, bu cür təcrübə dünya ölkələrində tətbiq edilir və səmərəli nəticələr verir.
Q.Həsənquliyev bildirib ki, dövlət universitetləri və xəstəxanaları özəlləşdirilsə, bu dövlət büdcəsinə gəlir gətirər və eyni zamanda, dövlət büdcəsinin yükünü azaldar.