Azərbaycan, Bakı, 9 oktyabr /Trend/
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti oktyabrın 8-i gündüzdən 9-u səhərədək müşahidə olunmuş faktiki hava barədə açıqlama yayıb.
Departamentdən Trend-ə verilən məlumata görə, ölkə ərazisində oktyabrın 8-i gündüzdən 9-u səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasında isə güclü olub.
Qubanın dağlıq ərazilərində sulu qar, Ləzədə qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.
Havanın temperaturu oktyabrın 8-də günün ikinci yarısından başlayaraq tədricən aşağı enib.