...

UNEC Avropa tədqiqatlar məkanına doğru addım atır

Cəmiyyət Materials 13 Oktyabr 2015 13:02 (UTC +04:00)
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov “Türk univesitetləri Avropa tədqiqat məkanında” mövzusunda keçirilən konfransda iştirak edib.
UNEC Avropa tədqiqatlar məkanına doğru addım atır

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Trend məlumat verir ki, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov "Türk univesitetləri Avropa tədqiqat məkanında" mövzusunda keçirilən konfransda iştirak edib. Rektor Ə.Muradov Ankara şəhərində keçirilən tədbirə Türkiyənin Orta Doğu Texniki Universitetinin rektoru, professor Ahmet Acarın dəvəti ilə qatılıb.

Orta Doğu Texniki Universiteti, Boğaziçi Universiteti, Bilkent Universiteti, İstanbul Texniki Universiteti, Koç Universiteti, Sabancı Universiteti, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) və Avropa Komissiyasının təşkilatçılığı ilə keçirilən konfransda Avropa tədqiqat məkanının priorietləri və istiqamətləri mövzusunda müzakirələr aparılıb. Tədbirdə Avropa Komissiyasının "Horizon 2020" elmi-tədqiqat və texnoloji inkişaf 8-ci çərçivə proqramı ətrafında məruzələr dinlənilib.

UNEC-in Avropa tədqiqatlar məkanına inteqrasiyası baxımından əhəmiyyət kəsb edən bu tədbirdə rektor Ə.Muradov Boğaziçi Universitetinin rektoru, professor Gülay Barbarosoğlu, Sabancı Universitetinin rektoru, professor Nihat Berker, Koç Universitetinin rektoru, professor Umran İnan, Orta Doğu Texniki Universitetinin rektoru, professor Ahmet Acar, Bilkent Universitetinin rektoru, professor Abdullah Atalar, İstanbul Texniki Universitetin rektoru, professor Mehmet Karaca ilə görüşüb.

Rektor Ə.Muradov Türkiyəyə səfəri zamanı Orta Doğu Texniki Universitetinin Texnoparkını da ziyarət edib. Görüşdə Texnoparkın fəaliyyət mexanizminin nüansları və təkmilləşdirilmə perspektivləri barədə informasiya mübadiləsi aparılıb.

Kembric Universitetinin İnsan Resursları Departamentinin direktoru, xanım Şeyla Qupta ilə görüşdə əməkdaşlıq imkanlarına dair müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti