...

Azad Rəhimov Masallıda vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 16 Oktyabr 2015 12:39 (UTC +04:00)
Gənclər və idman naziri Azad Rəhimov Masallı Gənclər Mərkəzində Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edib.
Azad Rəhimov Masallıda vətəndaşları qəbul edib (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Gənclər və idman naziri Azad Rəhimov Masallı Gənclər Mərkəzində Masallı, Astara, Cəlilabad, Lerik, Yardımlı rayonları və Lənkəran şəhərindən olan vətəndaşları qəbul edib.

Gənclər və İdman Nazirliyindən Trend-ə verilən məlumata görə, ümumilikdə qəbulda 30-dan artıq vətəndaş iştirak edib.

İdman sahəsində edilən müraciətlər sırasında fəxri adların verilməsi, idman qurğularının idman avadanlıqları ilə təchiz olunması, olimpiya idman komplekslərinin, idman qurğularının tikilməsi və təmiri, idmançıların beynəlxalq yarışlarda iştirakı və məşqçi dərəcələrinin verilməsi və s. olub.

Qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, layihələrin dəstəklənməsi, beynəlxalq təlimlərdə iştirak, yay istirahət düşərgələrinin təşkili, Gənclər Mərkəzlərinin tikintisi və təmiri gənclər sahəsində olunan əsas müraciətlər istiqamətində olub.

Digər müraciətlər ipoteka kreditlərinin verilməsi, sahibkarkarlara güzəştli kreditlərin verilməsi, iş ilə təminat və şəxsi məsələlərlə bağlı olub.

Bəzi məsələlər yerindəcə həllini tapmış, araşdırılması tələb edən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti