Azərbaycan, Bakı, 20 oktyabr /Trend/
Bakı Dövlət Universitetinin (BDU) "Gənc İstedadlar" liseyinin şagirdləri mütəmadi olaraq Azərbaycanın tarixi ilə əyani tanışlıq məqsədilə ekskursiyalar edirlər.
BDU-nun Mətbuat və İnformasiya Şöbəsindən Trend-ə verilən məlumata görə, növbəti ekskursiya liseyin 6b sinif şagirdlərinin sinif rəhbəri Könül Şahbazovanın təşkilatçılığı ilə Qobustan Dövlət Tarixi-Bədii Qoruğuna olub.
Qayaüstü rəsmlərlə, o cümlədən onların kompozisiyaları ilə yaxından tanış olan şagirdlərə Qobustan qayalıqlarının tarixi əhəmiyyəti, müasir dövrü haqqında ətraflı məlumat verilib.
Kitablardan oxuduqlarının əyani şahidi olan məktəblilər tarixin bu səhifəsi barədə bir çox suallara cavablar tapıblar.