...

DSMF üzrə vakant yerlərə müsabiqə elan olunub

Cəmiyyət Materials 29 Oktyabr 2015 11:33 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondu (DSMF) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə vakant vəzifələrin siyahısını Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edib.
DSMF üzrə vakant yerlərə müsabiqə elan olunub

Azərbaycan, Bakı, 29 oktyarb /Trend/

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə vakant vəzifələrin siyahısını Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim edib.

Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, Komissiya həmin yerlərin tutulması üçün oktyabrın 28-də yeni müsabiqə elan edib.

Ötən dövr ərzində vakant yerlər üzrə müsabiqənin test və müsahibə mərhələlərində uğur qazanan 81 nəfər Dövlət Sosial Müdafiə Fondunda aidiyyatı vəzifələrə təyin olunub. Hazırda Fond üzrə 278 vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan olunmuş növbəti müsabiqə çərçivəsində müraciətlərin qəbulu davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti