...

Bakı küçələrinin yağış sularına əlac tapıldı

Cəmiyyət Materials 10 Noyabr 2015 15:30 (UTC +04:00)
Yaxın gələcəkdə Abşeron yarımadasında 3400 km yağış-kanalizasiya şəbəkəsi və 900 km-dən artıq yağış kollektorları quraşdırılacaq.
Bakı küçələrinin yağış sularına əlac tapıldı

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Elmir Murad/

Yaxın gələcəkdə Abşeron yarımadasında 3400 km yağış-kanalizasiya şəbəkəsi və 900 km-dən artıq yağış kollektorları quraşdırılacaq.

Bunu Trend-ə açıqlamasında "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, bununla bağlı qurum tərəfindən "Master Plan" hazırlanıb.

A.Cəbrayıllı bildirib ki, "Master Plan"da Abşeron yarımadasındakı göllərdən təbii hövzə kimi istifadə olunacaq: "Bakıda yeni bina və evlərin tikilməsi, asfalt yolların çəkilməsi torpaq ərazilərin azalmasına gətirib çıxarıb. Bu səbəbdən də yağıntılar zamanı kanalizasiya xətlərinə daha çox su axır. Həmçinin intensiv yağıntılar zamanı bəzi küçələrə su yığılır. Kanalizasiya xətlərinin həmin suları eyni vaxtda daşımağa gücü çatmır. Ona görə də bu problemləri aradan qaldırmaq üçün "Master Plan" hazırlanıb".

O, qeyd edib ki, bu plana əsasən, yağış suları kanalizasiya suları ilə qarışmadan birbaşa həmin göllərə axıdılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti