...

AMEA doktorantura imtahanlarının tarixlərini açıqladı

Cəmiyyət Materials 10 Noyabr 2015 16:02 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası doktoranturaya qəbul imtahanlarının və doktorluq imtahanlarının keçirilməsi tarixlərini müəyyənləşdirərək təsdiqləyib.
AMEA doktorantura imtahanlarının tarixlərini açıqladı

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası doktoranturaya qəbul imtahanlarının və doktorluq imtahanlarının keçirilməsi tarixlərini açıqlayıb.

Akademiyanın Elm və Təhsil İdarəsinin rəhbəri Əminağa Sadıqov Trend-ə deyib ki, artıq imtahan günləri təsdiqlənib.

Akademiya rəsmisinin sözlərinə görə, doktorantura qəbul imtahanları noyabrın 15-dən dekabrın 10-dək, doktorluq imtahanları isə dekabrın 1-dən 20-dək keçiriləcək. AMEA-nın institutları həmin interval daxilində ixtisas fənləri üzrə imtahan günlərini müəyyənləşdirəcəklər: "İmtahan günlərinin müəyyənləşdirilməsi ilə bağlı institutlara sərbsətlik verilib. Onlar ixtisas fənləri üzrə imtahan günlərini 20-25 gün ərzində müəyyənləşdirilən vaxt intervalında istədikləri günə təyin edə bilərlər. Yəqin ki, bununla bağlı qərar sabah institutlara göndəriləcək".

Qeyd edək ki, bu il Azərbaycan Milli Elmlər Akademiyasının doktoranturasına qəbul olmaq istəyənlər üçün ixtisas fənləri üzrə test imtahanları AMEA-nn institutları, fəlsəfə və xarici dil imtahanları isə AMEA tərəfindən mərkəzləşdirilmiş qaydada keçiriləcək. Test imtahanları iki saat davam edəcək, imtahanda namizədlərə 50 sual təqdim olunacaq. İmtahan zamanı namizədlər sualları komputerdə cavablandıracaqlar. İmtahan nəticələri imtahan bitən kimi dərhal elan olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti