Bakı. Trend:
Bu gün Bakı vaxtı ilə saat 16 radələrində Azərbaycan ərazisi üzrə internet yenidən kəsilib.
Qeyd edək ki, noyabrın 16-da da ölkə üzrə internet kəsilmişdi. Problem ilkin provayder "Delta Telecom"un DATA-mərkəzinə qoşulan xətlərin birində baş vermiş tüstülənmə ilə əlaqədar idi.
Bir qədər əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, fəsadların aradan qaldırılması üzrə tamamlama işləri davam edir.
X X X
Hazırda internet bərpa olunub. İnternetin fasilələrlə işləyəcəyi istisna edilmir.
Buna səbəb kimi ötən gün "Delta Telecom"un DATA-mərkəzində xətlərin birində baş vermiş fəsadları aradan qaldırmaq üçün yekun işlərin aparılması göstərilir.