...

Hüseyn Bağırov: Ölkədə aparılan qazlaşma meşələrin məhv edilməsinə qarşı mübarizə tədbirlərini effektli etdi

Cəmiyyət Materials 24 Dekabr 2015 13:50 (UTC +04:00)
2015-ci ilin əvvəllərində peykdən əldə etdiyimiz şəkillərdən əmin olduq ki, Azərbaycanda sürətli qazlaşma hesabına son 10 ildə meşələrin qırılmasının qarşısı alınıb.
Hüseyn Bağırov: Ölkədə aparılan qazlaşma meşələrin məhv edilməsinə qarşı mübarizə tədbirlərini effektli etdi

Bakı. Trend:

2015-ci ilin əvvəllərində peykdən əldə etdiyimiz şəkillərdən əmin olduq ki, Azərbaycanda sürətli qazlaşma hesabına son 10 ildə meşələrin qırılmasının qarşısı alınıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib. Nazir bildirib ki, 10 ildə 100 min hektardan çox yeni meşələr salınıb, qısa zamanda meşə örtüyü əraziləri 12 faizə çatacaq.

H.Bağırov qeyd edib ki, qazlaşdırma aparılmasa, nazirliyin meşələrin məhv edilməsinə qarşı mübarizəsi bu qədər uğurlu olmazdı: "Qazlaşma aparılan tədbirlərin effektli olmasına kömək etdi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti