...

UNEC rektoru qış imtahan sessiyası ilə bağlı müraciətləri dinləyib (FOTO)

Cəmiyyət Materials 9 Yanvar 2016 16:12 (UTC +04:00)
Yanvarın 9-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Açıq qapı” günü keçirilib.
UNEC rektoru qış imtahan sessiyası ilə bağlı müraciətləri dinləyib (FOTO)

Bakı. Trend:

Yanvarın 9-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) "Açıq qapı" günü keçirilib.

Universitetdən Trend-ə verilən məlumata görə, "Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir" devizi altında keçirilən ilk "Açıq qapı"da UNEC rektoru, professor Ədalət Muradov ictimaiyyət nümayəndələri, tələbə və valideynlərin imtahan prosesində qarşılaşdıqları problemləri dinləyib.

Rektor daxil olan təklif və iradların operativ araşdırılaraq tədbir görülməsi ilə bağlı məsul şəxslərə müvafiq göstərişlər verib. Bir sıra məsələlər yerindəcə həll edilib. Qış imtahan sessiyasının ilk "Açıq qapı" günündə 45 nəfərin müraciətinə baxılıb.

UNEC-də qış imtahan sessiyası dövründə hər həftənin şənbə günü rektorun "Açıq qapı" günləri keçiriləcək. Bundan başqa, imtahanlarda obyektivliyin və şəffaflığın qorunması məqsədilə bütün tədris binalarında qərargahlar yaradılıb. Universitetin "Qaynar xətt" (146-1-3) xidməti də müraciətləri operativ araşdırır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti