...

Kəmaləddin Heydərov Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı ilə görüşüb

Cəmiyyət Materials 15 Yanvar 2016 13:19 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı Muhammad Zakaullah ilə görüşüb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinədn Trend-ə verilən məlumata görə, K.Heydərov yanvarın 15-də Pakistanın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Muhammad Zakaullahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazir K.Heydərov qonaqları salamlayaraq Azərbaycanda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib. O, rəhbərlik etdiyi nazirliyin dost Pakistanın müvafiq qurumları ilə əməkdaşlığının daha da inkişaf edəcəyinə inamını ifadə edib.

M.Zakaullah səmimi görüşə görə təşəkkürünü bildirib, FHN ilə əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra qonaqlar FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə olunması və Əməliyyat zallarının fəaliyyəti ilə tanış olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti